Sosial

"Azərişıq"ASC bu şirkətə bir ayda 30 milyon manatlıq dövlət sifarişi verdi - Hansı xususiyyətlərinə görə?

"Azərişıq"ASC bu şirkətə bir ayda 30 milyon manatlıq dövlət sifarişi verdi - Hansı xususiyyətlərinə görə?

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Ağdam rayonu Eyvazxanbəyli kəndinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri üzrə 01.05.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və 24.07.2024-cü il tarixdə “Harmony İndustrial Construction and Engeering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.548.835,28 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını elan edib.

Qeyd edək ki, bu “Azərişıq” ASC-nın sözügedən şirkətlə bağladığı ilk satınalma müqaviləsi deyil. Belə ki, ASC sözügedən MMC ilə 25.06.2024-cü il tarixdən 24.07.2024-cü il tarixə, yəni bir ay ərzində 5 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin ümumi əyəri 31 867 074 manat təşkil edir. Maraqlı orasıdır ki, “Azərişıq” ASC bu müqavilələrin həyata keçirilməsini eyni anda ayrı-ayrı yerlərdə görmək üçün sözügedən şirkətə dövlət sifarişləri verib.

Məsələn “Harmony İndustrial Construction and Engeering Group” MMC eyni anda həm Cəbrayıl rayonu Horovlu, Şükürbəyli kəndlərinin və Xudafərin qəsəbəsinin, həm Xocavənd rayonu, Zoğalbulaq yaşayış məntəqəsi ərazisində, həm Laçın rayonu, Minkənd yaşayış məntəqəsi ərazisində, həm Abşeron, Sabunçu və Nizami rayonları ərazisində, həm də Ağdam rayonu Eyvazxanbəyli kəndində elektrik veriliş xətlərində və qurğularında yenidənqurma, bərpa işlərinin aparılması həyata keçirməlidir. Amma gəlin görək “Harmony İndustrial Construction and Engeering Group” MMC bi sifarişləri yerinə yetirmək iqtidarındadırmı? Bunun üçün MMC-nin müqavilə əsasında çalışan minlərə ixtisalaşmış işçiləri, yüzlərə xüsusi texnikaları olmalıdır. Amma gəlin görək bu imkanlar MMC-də varmı?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada şirkətin fəaliyyəti ilə kifayət qədər geniş məlumatlar əldə etdik. Elektron mediada yayılmış və təkzib olunmamış məlumatlarda qeyd edilir ki, bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.

Göründüyü kimi, MMC 2023-cü ilə qədər müxtəlif lotlar üzrə tender və kotirovkaların qalibi olub. Bəs necə olub ki, MMC birdən birə yüksək gərginlikli elektrik xəttlərinin çəkilişinə başlayıb? Bəs necə oldu ki, uzun illər ancaq kotirovka sorğularının qalibi olan MMC birdən birə milyonluq tenderlərdə qalib seçildi? Həm də ancaq “Azərişıq” ASC-nın keçirdiyi milonluq tenderləri uddu? Burada şübhəli məqamlar, sövdələşmələr yox deyil.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC-nin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub. Reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan atınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə də yerli mediada da yazılıb.

Bundan başqa, mediada yayılmış məlumatlara görə 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib. 2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Cari ilin yanvar ayına olan məlumatlara görə MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi olub. Vergi borcu ilə birgə üzərində 3 974 748.04 manat vergi öhdəliyi olan bir MMC-nin bu vəsaiti necə ödəyə bilib? Biz bununla bağlı Dövlət Vergi Xidmətinə sorğu məktubu yazmağı planlaşdırırıq.

Göründüyü kimi bu MMC-nin adı bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır. “Azərişıq” ASC-nin rəsmiləri isə dövlət satınalmalarını bu MMC ilə rəsmən işbirliyinə çevirib. “Azərişıq” ASC-nin bir ay ərzində bu MMC ilə 30 milyon manatdan çox dəyəri olan beş satınalma müqaviləsi bağlaması da qeyd etdiyimiz şübhəli, gizlin maliyyə əməliyyətlarından biridir. Bütün bunlar korrupsiyyay bulaşmış bu MMC-nin barəsində təcili və təxirəsalınmaz tədbirlər görməyə əsas vermirmi?

Qeyd edək ki, elekton medida yayılmış çoxsaylı məlumatlarda Azərişıq ASC-də bu işlərin başında sədr Vüqar Əhmədovun ən yaxın dostu hesab edilən Kamil Hüseynovun durduğu bildirlir. Mediada yayılan məlumatlara görə Kamil Hüseynov tender keçirilməzdən əvvəl ona yaxın şəxslərin vasitiçiliyi ilə görüşlər keçirir, bütün detalları müzakirə edib, ona sərf edən şirkətləri tenderlərdən qalib çıxarır. Həmçinin qeyd edilir ki, rəsmi vəzifəsi “Azərişıq” ASC sədrinin müşavirlərdən biri olsa da, ona sədrin xüsusi bir münasibətdə olması və böyük etimad göstərdiyi deyilir. Məhz bu səbəbdən də “Azərişıq” ASC-nin maliyyə əməliyyatlarında, xüsusi ilə də, bütün tenderlərdə son sözü Kamil Hüseynov deyir. Çox güman ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC-nin “Azərişıq” ASC-dən bir ay ərzində 30 milyon manat dəyəri olan dövlət sifarişi almasının arxasında da elə Kamil Hüseynov dayanır.

Əyalətmedia.az