Sosial

Xüsusi təyinatlılarımız şərti düşmənin canlı qüvvəsini məhv etdi

Xüsusi təyinatlılarımız şərti düşmənin canlı qüvvəsini məhv etdi

"Qafqaz Qartalı - 2024" birgə təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.

Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Həmin görüntüləri təqdim edirik: