Doğru yolun misalı
Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
"Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolunuzdan sapmayın!"
Yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapılardan birini açdıqda, belə deyir:
"Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən". (Bundan sonra Allah Elçisi bunları açıqlayaraq buyurdu:)
"Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üzərində olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir".