Başqa ölkənin vətəndaşlığını alan şəxs Azərbaycanda vətəndaşlıqdan çıxarılır?
“Azərbaycan ikili vətəndaşlığı qəbul etmir”.
Bunu Dövlət Miqrasiya Xidməti, Beynəlxalq əməkdaşlıq idarəsinim şöbə rəisi v.m.i.e Aygül Abbaszadə DMX və MEDİA-nın birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsinfə “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, Türkiyə müqaviləyə əsasən, ikili vətəndaşlığı qəbul edir, Azərbaycan isə qəbul etmir: "Əgər bir şəxs Türkiyə vətəndaşlığını qəbul edib ikili vətəndaşlıq alıbsa, bizə bu barədə bildirməlidir. Bu zaman onun öhdəlikləri müəyyən edilir".
A.Abbaszadə deyib ki, əvvəllər həmin şəxs əcnəbi vətəndaş kimi qəbul edilirdi: "O, sərhədi keçəndə şəxsiyyət vəsiqəsini göstərirdi ki, mənim Azərbaycan pasportum var, vətəndaşam. Bu səbəbdən artıq ikili vətəndaşlıq alanları qeydiyyata alırıq. Qeyd edim ki, başqa bir ölkənin vətəndaşlığını alan şəxs Azərbaycanda vətəndaşlıqdan çıxarıla bilər".