Sosial

Əlillər hüquqi yardımdan yararlanmaq üçün məhkəməyə GƏLİR DEKLARASİYASI təqdim etməlidir? - MƏHKƏMƏ HAKİMLƏRİNDƏN “VİCDAN DEKLARASİYASI” tələb edilməlidir

Əlillər hüquqi yardımdan yararlanmaq üçün məhkəməyə GƏLİR DEKLARASİYASI təqdim etməlidir? - MƏHKƏMƏ HAKİMLƏRİNDƏN “VİCDAN DEKLARASİYASI” tələb edilməlidir


Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayəti verməyə belə vəkil ayrılmasını təmin təmin etmir
Əlillərin məhkəməyə əlçatanlığının , məhkəmə müdafiəsi hüququnun təmin edilməsi BMT -nin Əlillərin Hüquqları Haqqında Konvensiyasında doğrulanıb. Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsi beynəlxalq qanunlara üstün qüvvə verdiyindən Konvesiyaya əməl edilməməsi iştirakçı dövlətlərə baha başa gələ bilər. “Bahalığın” çeşidli yollarına baxmadan , ölkədə əlillərin məhkəmə müdafiəsi hüququna ucuz məhkəmə aktları ilə qadağa qoyulması presedent hüququ kimi tətbiq edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( Pərviz Hüseynov, Şərafət Məmmədova , Cahangir Yusufov) 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtinanı ƏSAS İNSAN HÜQUQ VƏ AZADLIĞI kimi aktlaşdırmasını Mülki Kollegiya ( Fuad Abdıyev, Anar Tanrıverdiyev, Fərrux Qasımov) 24.08.2023 tarixli aktla daha eybəcər formada təkrarlayıb. “Eybəcərlik” – aktdan şikayətvermə hüququna da qadağa qoyulmasının ƏSAS İNSAN HÜQUQ VƏ AZADLIĞI kimi sırınmasıdır.
Deyə bilərsiniz , elə yerli normativ qanunvericilik aktlarında da əlillərin hüquqlarının qorunması qanuniləşdirilib, di gəl, deməyə çəkinirsiniz , hüquqlar sözdə qorunur, məhkəmə hakimiyyəti hüquqa elə “ƏSASLANDIRILMIŞ” qadağa qoyur ki, heç şikayətvermə hüququnu da Konstitusiyaya, qanuna, Məcəlləyə uyğun əsaslandırıb gerçəkləşdirə bilmirsən. Fikir verin , Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının üçlüyü- ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV, CAHANGİR YUSİFOV 5 (!) yol 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından “hüquqdan sui-istifadə” , “tərəflərin hüquq bərabərliyinin pozulması” əsası ilə imtina edib, amma cavabdeh inzibati dövlət orqanlarına -DİN-ə Vəkillər Kollegiyasının (VK) intizam komissiyasının üzvü ƏLİRZA HƏBİLOV , 3 İLİN VƏKİLİ ORXAN BABAYEV, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına DSMF-İN MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ İLƏ İŞ üzrə MƏRKƏZİ FİLİALININ (VK-nın) 39 SAYLI VƏKİL BÜROSU (Filialın da, büronun da müdiri vəkil ABUZƏR MÜTƏLLİMOV, müavini vəkil YEGANƏ MƏMMƏDOVA, baş, aparıcı boyük mütəxəssislər – EMİL İSGƏNDƏRLİ, GÜLNAR ƏZİZZADƏ ,.. toplam 21 nəfər ) vəkillik edib, dövlət hesabına dövlət orqanlarına hüquqi yardım göstərib. Onu da vurğulayaq ki, hüquqi yardım vəkillərinin başlıca müdafiə metodu 1-ci dərəcəli əlilə vəkil ayrılması haqqında ərizəyə etiraz etməkdir. TƏRƏFLƏRİN HÜQUQ BƏRABƏRLİYİNƏ baxın, BİR TƏRƏFDƏ HÜQUQİ YARDIM GÖSTƏRİLMƏSİNDƏN İMTİNA EDİLƏN 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİ YATAQDA, DİGƏR TƏRƏFDƏ VK-NIN RƏYASƏT HEYƏTİ, BÜTÖV VƏKİL BÜROSU İLƏ HÜQUQİ YARDIMLA “QAYĞILANAN” ( dırnaq işarəsinə də ehtiyac yoxdur) İNZİBATİ- DÖVLƏT (İSTİNTAQ, İTTİHAM) ORQANLARI AYAQDA!
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının üçlüyü- FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV, FƏRRUX QASIMOV ( sədrlik edən GÜNAY AXUNDOVA iştirak etməyib) isə vəkil ayrılmasından imtinanı 1-ci dərəcəli Qarabağ əlilinin pensiya məbləği, əməkhaqqı ilə “əsaslandırıb”. MPM-ə 09.06.2023-cü ildə əlavə edilən 67-1 (“Vəkilin prosesdə dövlət hesabına iştirakı”) maddəsində isə hüquqi yardıma ehtiyacı olan l-ll dərəcə əlillərin məhkəməyə GƏLİR DEKLARASİYASI təqdim etməli olması yazılmayıb. Belə çıxır , qanunla hüquqi yardımdan dövlət hesabına yararlanmaq hüququ olan ÜNVANLI SOSİAL YARDIM ALAN AİLƏNİN ÜZVLƏRİ də “yardım gəlirləri” haqqında DEKLARASİYA təqdim etməlidir?
Məhkəmənin, özü də mülki işlərdə sübut kimi hüquqi yardım üçün müraciət edənlərin gəlirləri haqqnda məlumat toplaması qanunsuzdur və qərəzdən, ədalətsizlikdən, vicdansızlıqdan qaynaqlanır. Bəs çıxarlar barəsində sübutlar, bilgilər niyə nəzərə alınmır, məhkəmə birtərəfli qaydada hüquqa HÜQUQ VƏ AZADLIQ adına qadağa qoyur?
Məhkəmə Hüquq Şurası əlillərə “gəlir deklarasiyası” adına hüquqi yardım göstərilməsinə qadağa qoyan məhkəmə hakimlərindən “VİCDAN DEKLARASİYASI” tələb etməyə borcludur.
Məğrur Bədəlsoy