Sosial

Yoldaş Təhməzovun SIĞORTA BARYERİ - NARAZILIQ VAR...

Yoldaş Təhməzovun SIĞORTA BARYERİ - NARAZILIQ VAR...


"Şikayətim, Mənzil İnşaatı Dövlət Agentliyindəndir (MİDA) . Belə ki, mən keçən ilki satışda 2-ci Yasamal Yaşayış Kompleksindən ev udmuşam. Oktyabrın 7-dən burda yaşayıram". DİA.AZ bildirir ki, bu barədə şikayətində Bakı sakini Azad Həsənov bildirib.
Narazı vətəndaş daha sonra yazır: "Bu il iyun ayının əvvəllərindən alt qonşu (8 ci mərtəbə) gəlib dedi ki, mənim evimə su axır sizdən. MİDA-nın ərazi üzrə nümayəndəliyinə, binaya cavabdeh şəxsə bildirdim. Həmin şəxs ustaları göndərdi gəlib problemi aşkar edə bilmədilər. Dedilər krantın filan yerini dəyiş, "qarmoşka"nı dəyiş falan. Dəyişdirdim, halbuki havayı pul xərclədim. Sonra mənə MİDA-nın ərazi üzrə kuratoru bir neçə dəfə bildirdi ki, sizin evdən alt qonşuya su axır. Ancaq, mən rayona getmişdim deyə suyu bağlamışdım və bildirdim ki, mən suyu bağlayıb gəlmişəm. Nəhayət bir neçə dəfə zənglər olunduqdan sonra iyunun 20-də MİDA-da bizim binaya cavadeh şəxsə bildirdim və Su sızma şirkətindən usta çağırdım 120 manata. Gəldilər aşkar etdilər ki, bəs laminatın altından sızma var. MİDA ustaları həmin yeri laminatı sökdülər və məlum oldu ki, laminatın altı tamam sudur. Bizdən qabaq ev təmir olunan zamanı taxtaya vurulmalı şurup turbanı yaralayıb və spirişdən su axan həcmdə su axır turbadan. Həmin məsələni yenidən ərazi nümayəndəliyinə bildirdim ki, baş verən hal budur. MİDA ustaları həmin 13 vedrə suyu ordan vedrələrlə daşıyıb tökdülər (bu barədə video görüntülər var əməkdaşlar da açıq-aydın görünür). Sabahı mən sığortalı kimi, sığortaçı şirkət olan Qala Sığorta ASC-yə bildirdim. Sığorta əməkdaşı yaxınlaşdı və bütün aktları, şəkilləri və videoları götürdü və ciddi ziyan dəydiyini bildirdi. Sonra qiymətləndirmə şirkəti mənə dəyən ziyanı qiymətləndirməsini etdi və vahid qiymət çıxartdı. Ancaq, pul köçürmədə problem olduğunu bildirdilər. Belə ki, MİDA bu məsələdən xəbərdar olduğunu təsdiqləməlidir və bununla bağlı rəsmi sənəd verməlidir bildirdilər. Faktları təqdim etsəm belə, ərazi üzrə hər bir şəxsin bu məsələdən xəbəri olsa belə MİDA təsdiqedici sənədi verməkdən boyun qaçırdır. MİDA-ya 2 dəfə rəsmi sorğu göndərdikdən sonra Fərhad Təhməzovun adından Qala Sığortaya rəsmi cavab göndərilibdir ki, bu barədə məlumat cəmiyyətimizdə mövcud deyildir. Tamam, mövcud deyilsə bütün sübutlarla birlikdə videonu da göndərdim yenidən MİDA-nın office@mida.gov.az elektron poçtuna. Sonra MİDA-ya cavabdeh şəxs mənə zəng etdi ki, videoların çəkilmə tarixlərini istəyirlər. Növbəti müraciətimdə MİDA mənə yazdı ki, get Azərsuya bildir. Həmin zaman Azərsuya bildirsəm də, mənə binalara cavadeh şəxsin MİDA olduğunu bildirdilər (Həqiqətən aramızda bağlanan müqavilədə öz əksini tapır). Artıq 2 aydır ki, mən yazsam da MİDA mənə cavab vermir. Mən öz abrıma sığınıb sakit şəkildə öz haqqımı tələb edirəm. Pulun köçürülməsi üçün MİDA rəhbərliyi bu barədə xəbərdar olduqlarını təsdiq edən rəsmi cavab verməlidir ki, Sığorta şirkəti pulu mənə köçürə bilsin. Ancaq, MİDA-nın bəzi yarıtmaz əməkdaşları bürokratik əngəl yaradırlar bu məsələdə və mənim vətəndaş hüququmu pozurlar. Hal-hazırda evə dəyən ziyan təmir olunmalıdır, ancaq pul köçürülmür deyə problem olduğu kimi qalıb.
Belə hər xırda problemlə bağlı ölkə rəhbərliyinə yazaqmı?
Problemin həlli üçün nə etməliyəm?"

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...