Günün qoroskopu: Müttəfiq və ya tərəfdaşların yardımlarından bəhrələnin
Qoç - gün uğurlu olacaq. Qətiyyətli olun. Şübhələr və nigaranlığın əsirinə çevrilməyin. Tərəddüd edən insanlarla müqayisədə daha ciddi uğurlar əldə edəcəksiniz. İşdə başqalarının çözə bilmədikləri problemi həll edə bilərsiniz. Karyerada irəliləmək şansları var.
Maliyyə fonu uğurludur. Əhəmiyyətli məbləğdə gəlir əldə etmək şansları yaranacaq. Qəfil təkliflərdən imtina etməyin.
Ünsiyyətə çox vaxt sərf etməyin, əks təqdirdə darıxacaqsınız.
Buğa - günün əksər hissəsi mənfi təmayüllərin təsiri altında keçəcək. Ciddi itkilər və səhvlər riski var. Məşğul olmağa çalışdığınız işlər nə qədər ciddi olarsa, diqqətiniz bir o qədər çox olmalıdır. Saatlar keçdikcə sayıqlığınız artmalıdır.
Yalnız öz maraqlarınızın təminatına çalışmayın. Əks təqdirdə yaxın ətrafınızdakı insanlarda kəskin narazılıq yaradacaqsınız. Səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Karyeranızın asılı olduğunu insanlarla münasibətləri gərməyin. Sərt və aqressiv danışmayın.
Emosional davranış münasibətləri korlaya bilər.
Əkizlər - pis gün deyil. Uğurlar səylərə mütənasib olacaq. Önəmli işi başa vurmaq və ya ağır problemi həll etmək istəyirsinizsə çalışmağa hazır olun. İntuisiyanız kəskin olmalıdır. Onun siqnalları peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdəki problemləri aradan qaldırmağa kömək edəcək.
Yeni tanışlıqlar üçün pis gün deyil. Münasibətlərdə aktiv olmağın gərəkdiyi insanla uzaq durmağınıza tələbat duyulan şəxsi müəyyənləşdirin.
Axşam saatlarında dəvət aldığınız yerə yollanın. Ünsiyyətdə diqqətli və səmimi olun.
Xərçəng - hər şey istədiyiniz kimi getməsə də, nikbinliyi itirməyin. Bədbinliyə qapılmasanız, ciddi uğurlar əldə edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizdən yardım gözləyirlər. Yaxşı ideyaların həyata keçirilməsində enerjili olun. İşdə həmkarlarla münasibətlərdə təmkinli olun. Rəhbərliyin tapşırıqlarını yerinə yetirin.
İşgüzar səfər uğurlu olacaq. Yeni tərəfdaşlar tapmaq, əlverişli anlaşmalara nail olmaq mümkündür. Şəxsi münasibətlərdə hər şey yaxşı deyil. Münaqişələrə yol verməyərək münasibətləri qorumaq üçün sağlam məntiqlə davranın. Güzəştə getməyi bacarın.
Şir - çətin gündür. Günün ilk yarısında nikbin olun, ruhdan düşməyin. Yaranan problemləri həll edin, işləri təxirə salmayın. Süst davranaraq fatuma bel bağlasanız, şansı əldən verəcəksiniz. Maliyyə məsələlərində ehtiyatlı olun. İmkanınızdan artıq pul xərcləməyin.
Hansısa mühüm məsələləri yaxınlarınızla müzakirə etməyə dəyməz. Yaxın gələcəyə hesablanmış perspektiv planları tam hazırlamamış onları açıqlamayın. Bütün diqqəti cari işlərə yönəldin, fikir ayrılıqları və ixtilafların banisinə çevrilməyin.
Axşam saatlarında rahat istirahəti seçin.
Qız - mühüm hadisələrdən xali gündür. Qətiyyətli addımlar atmazdan əvvəl düşünün, bütün mənfi və müsbət yönləri hesablamağa çalışın. Çox önəmli işin həyata keçirilməsini bir qədər ertələsəniz, pis olmaz. Peşəkar fəaliyyət sahəsində gələcəyinizin asılı olduğu insanla görüşü təxirə salın. Gəlirlər azdır, amma var.
İnfantil olmayın, yaşananlara başdansovdu yanaşmayın. Münasibətlərə dəyər verin, məsuliyyətli olun. Təyin etdiyiniz görüşü unutmayın.
Tərəzi - çətin, mürəkkəb gündür. Çalışdığınız sahənin bütün məqamlarında problemlər yarana bilər. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqlarını ciddiləşdirməyin. Emosiyalarınıza nəzarət edin. Hadislər belə davam edərsə, sonradan normal münasibətləri bərpa etmək çox çətin olacaq.
Ünvanınıza səslənən tənqidə və iradlara aqressiv reaksiya verməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Uğur əldə edə bilmədiyinizi düşünməyin. Sizə dəstək olacaq insana ehtiyacınız var.
Əqrəb - önəmli işləri təxirə salmayın. Səhər saatlarında müsbət təmayüllərin təsiri güclü olsa da, saatlar keçdikcə zəifləyəcək. İşgüzar danışıqlar və müzakirələr keçirmək üçün əlverişli zamandır. Peşəkar fəaliyyət sahəsində təşəbbüskar olun. Biznes-ideyalarınızdan bədgüman qalmayın. Alış-veriş üçün münasib zamandır.
Yeni tanışlıqlarda sayıq olun. Yeni işgüzar münasibətlər, yeni iş istisna deyil. Yaşamınızda müsbət dəyişikliklər kiçik, amma xoşdur.
Axşam saatları ailəvi tədbirlər, qonaq qəbul etmək üçün münasibdir.
Oxatan - bütün diqqəti işə yönəldin. Nigaranlıq, təlaş və həyəcanda heç bir xeyir yoxdur. Məhsuldar çalışın, işlərdə ləngimələrə yol verməyin. Belədə rəhbərlik və ya tərəfdaşlar sizi dəyərləndirəcəklər. Karyeranızın inkişafı və ya maaşınızın artırılması ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar.
Axşam satlarına yaxın mənfi təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla münaqişə riski var. Emosional durumunuz pisdir. Stresslərə əsir düşməyin. Səhhətinizə fikir verin.
Oğlaq - əlverişli və yaxşı gündür. İntellektual potensialınızın səviyyəsi yüksəkdir. Ən çətin problemlərin, ağır müşküllərin öhdəsindən gələ bilərsiniz. Bilik və bacarıqların artırılması, yeni informasiyaların əldə olunması üçün münasib zamandır. Peşəkar fəaliyyət və yaşam təcrübəsindən yararlana biləcəyiniz insanlarla sıx təmaslarda olun. Birgə çalışdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Yeni dostlar və müttəfiqlər qazana bilərsiniz.
Axşam saatlarında başlana biləcək romantik münasibətlər harmonik olacaq. Yaxınlarınızı sevindirin, onların qayğısına qalın.
Dolça - bir qədər əvvəl başladığınız işləri tamamlayın. Yarımçıq iş qoymayın. Aktiv, enerjili, iradəli olun. Yaxın ətrafınızdakı insanların çox uzun müddətə həll edə biləcəyi məsələni qısa müddətdə çözə bilərsiniz.
Müttəfiq və ya tərəfdaşların yardımlarından bəhrələnin.
Yaxınlarınız barədə düşündüklərinizi sərt formada deyərək onların xətrinə dəyməyin.
Axşam saatları gəzinti, aktiv istirahət üçün əlverişlidir.
Balıqlar - əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət edin. Əlverişli zamandır. Fəaliyyət sahəsində irəliləyə bilərsiniz. İntuisiyanıza güvənin. İşgüzar münasibətlər müstəvisində çaş-baş qalmayın. Etibarlı müttəfiq ola biləcək insanı tez müəyyənləşdirin.
Tənbəllik etməyin, süstlüyə qapılmayın. Məqsədə çatmaq üçün əlverişli vasitələr və yollardan istifadə edin. Nə qədər tələbkar olsanız, uğurlar bir o qədər əhəmiyyətli olacaq.