Sosial

Qəbələnin rəisi işdən çıxarıldı

Qəbələnin rəisi işdən çıxarıldı

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.