Sosial

Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib - FOTO

Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib - FOTO


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yerüstü piyada keçidi inşa edib.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddə sağlamlıq məhdudiyyətlərii olan insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.


Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib - FOTO

Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib - FOTO