Sosial

"North West" işçilərin HAQQINA GÖZ DİKİB... - NARAZILIQ VAR!

"North West" işçilərin HAQQINA GÖZ DİKİB... - NARAZILIQ VAR!


Kəlbəcərin dağlıq ərazilərində yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri icra edilir. Məhz bu məqsədlə yol infrastruktrunun çəkilməsi ilə bağlı layihə “North West” şirkətinə həvvalə edilib.
Bu məqsədlə sözügedən tikinti şirkəti yüzlərlə mülki şəxslərə məxsus olan avtomobilləri müqavilə əsasında bu lahiyyəyə cəlb edib .Amma avtomobillərini müqvilə əsasında “North West”-ə verən vətəndaşların aylardır ki, icarə haqlarını vermirlər.

Gundem.media bildirir ki, bu haqda Dünyanınsəsi.Az-a bir qrup Kəlbəcər rayon sakinləri tərəfindən şikayət daxil olub.

Şikayətçilər qeyd edir ki, 4 aydır ki, icarəyə verdikləri avtomobillərin aylıq icarə haqqını ala bilmirlər.Səbəb olaraq sözügedən tikinti şirkətinin yönətim rəhbərliyindən şikayətçilərə bildirirlər ki, vəsait köçürməlidir ki,bizdə sizin icarə haqqınızı ödəyək.

Səsləndirilən ittihamla bağlı qarşı tərfin də mövqeyini dərc edə bilərik.
Sonda şikayətşilərin ölkə başçısı İlham Əliyevə ünvanlanmış video-müraciətini təqdim edirik: