Siyasət

Komissiya sədri Vüqar Bayramova qonaqlıq verib? – İdda

Komissiya sədri Vüqar Bayramova qonaqlıq verib? – İdda

84 saylı seçki dairəsindən namizəd olan Milli Məclisinin VI çağırış deputatı olmuş Vüqar Bayramovun Füzuli rayonunda Qayıdış qəsəbəsində keçirdiyi görüşdə narazılıq yaranıb.
Bu barədə Reportyor.info-ya Füzuli rayonunun Aşağı Veysəlli kənd sakini, Qarabağ veteranı Etibar Teymurov bildirib.
Onun sözlərinə görə, Vüqar Bayramovun seçicilərlə görüşünə əsasən büdcə təşkilatlarının nümayəndələri qatılıb. “Lakin görüşə könüllü gələnlər də var idi. Onlardan biri də mən idim. Mən orada Vüqar Bayramovun fəaliyyəti ilə bağlı müəyyən narazılıqlarımı dilə gətirdim. Bundan sonra görüş yarımçıq saxlanıldı”, – deyə Etibar Teymurov vurğulayıb.
O, daha sonra iddia edib ki, Vüqar Bayramov görüşü yarımçıq saxlayaraq 11 saylı Məntəqə seçki komissiyasının sədri, məktəb direktoru Gülnaz Kərimovanın evinə gedib. Vüqar Bayramova orada qonaqlıq verilib. Bu, fakt ən azı 11 saylı məntəqədə nəticələri şübhə altına almaq üçün yetərli sayıla bilər. Axı namizəd niyə komissiya sədrinin evinə qonaq geməlidir?”

Reportyor.info