İsrail hökumətindən “Əl-Cəzirə” telekanalı ilə bağlı qərar
Qətərin “Əl-Cəzirə” telekanalının İsraildəki yayımına və 21 ofisinin fəaliyyətinə qoyulan qadağa daha 45 gün uzadılıb.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, qadağanın uzadılması ilə bağlı qərar Təl-Əviv Rayon Məhkəməsi tərəfindən verilib.
Qeyd edək ki, bu ilin mayın 5-də “Əl-Cəzirə” telekanalının İsraildə yayımı 45 gün müddətinə qadağan edilib. Qərarın müddəti iyunun 10-da başa çatmalı olsa da, bu müddət uzadılıb. Belə ki, iyunun 9-da İsrailin rabitə naziri Şlomo Karya qadağanın iyulun 25-dək uzadılması barədə fərman imzalayıb.