Siyasət

“Paşinyan bunu deməyib”

“Paşinyan bunu deməyib”

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan etməyib”

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ermənistanın Baş naziri dedi ki, nə vaxt ayrılacağımıza qərar verəcəyik, lakin geri qayıtmayacağıq”, - XİN rəhbəri qeyd edib.

O bildirib ki, Paşinyanın çıxış etdiyi görüş qeydə alınıb və kimin nə dediyini yoxlamaq mümkündür.