Siyasət

Quterreş üç ölkənin liderinə məktub yazdı

Quterreş üç ölkənin liderinə məktub yazdı

Fevralda BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək təklifləri ilə bağlı məktublar göndərib.

Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Açıq ticarətin, ərzaq axınının və gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün bütün tərəflərlə müzakirələrimizi davam etdiririk. Bununla bağlı Baş katib fevral ayında Rusiya, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərib", - deyə S.Düjarrik bildirib.

Məktublarda qeyd edilib ki, mülki naviqasiya azadlığı BMT-nin bu istiqamətdə davam edən səylərinin əsas mövzusu olaraq qalır. Ərzaq, ticarət yolları təhlükəsiz, davamlı və proqnozlaşdırıla bilən olmalıdır.