"Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"
Dünən Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması niyyəti təsdiq edilib.
Bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı dərc edilib:
“Dünən sülh sazişi bağlamaq niyyəti təsdiq edilib. Bu addımların davamını biz yaxın zamanlarda müşahidə edəcəyik”.