Siyasət

Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı - FOTO

Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı - FOTO

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi də vəzifəsindən azad edilib.

Yenisoz.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Tibb Xidmətinin rəisi, polkovnik Əligülov Elçin Vəliağa oğlu öz istəyi ilə işdən azad olunub.
Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı - FOTO

Elçin Əligülov

Onun yerinə müvəqqəti olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.
Nazir şeyxin polkovnik qohumunu işdən çıxardı - FOTO

Ərəstun Əliyev

Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.