İlham Əliyev təkcə ermənilərin PLANINI POZMAYIB... - Putin də MƏYUS OLUB...
Rusiya prezidenti Vladimir Putinin Vladivostokdakı bugünkü çıxışında “Qarabağın statusunu İrəvan özü müəyyən edib” cümləsi çox nəsnədən xəbər verir. Kreml sahibi deyib ki, Rusiya İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın nəzarət etdiyi (Putin işğal əvəzinə “nəzarət” ifadəsinə üstünlük verir) 5 rayonunun Azərbaycana geri qaytarması müqabilində iki rayon – Kəlbəcər və Laçının faktiki olaraq Ermənistanın və Qarabağın “yurisdiksiyasında” qalmağı təklif edirdi. Putinin sözlərinə görə, Ermənistan rəhbərliyi bununla razılaşmayıb. Budurmu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə olan hörməti? Azərbaycan Kəlbəcər və Laçından niyə imtina etməliydi? Putin çıxışında Şuşanın adını ona görə çəkməyib ki, şəhərimizi ermənilərə “peşkəş” edib.
Beləliklə, Putin indiki vəziyyəti Ermənistan hakimiyyətinin yanlış siyasəti ilə əlaqələndirib. Kreml sahibinin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” cümləsi də bundan xəbər verir. Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistan və separatçılarla yanaşı Kremlin də planlarını pozub. Vladimir Putin çıxışlarında bircə Rusiya sülhməramlı kontingentin Azərbaycan ərazisində fəaliyyət müddətinə toxunmaq istəmir.
Elxan Şahinoğlu