Siyasət

Xankəndidəki ermənilərin yeganə qurtuluş yolu Bakıdadır - AÇIQLAMA

Xankəndidəki ermənilərin yeganə qurtuluş yolu Bakıdadır - AÇIQLAMA


“Fransanın Azərbaycana qarşı təxribatçı cəhdi nə beynəlxalq hüquqa, nə də mənəvi və əxlaqi dəyərlərə sığır. Fransanın bu hərəkətləri birbaşa beynəlxalq hüququn pozulması, müstəqil bir ölkənin daxili işinə kobudcasına müdaxilədir. Görünür, Fransa hələ də Afrikada törətdiyi sümürgəçilik siyasətinin ampluasındadır. Bunun başqa adı ola bilməz”.

Bunu açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Fransa hər zaman Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib və işğalçılığa təhrik edib.

“Düyanın müxtəlif bölgələrində münaqişə yardıb insan qanı axıtmaq, təfriqə yaratmaq Fransa üçün xarakterik bir hərəkətdir. Beynəlxalq aləm Fransanın dünya xalqlarının qanına susayan, onlara qarşı soyqırımı siyasəti yürüdən, dəhşətli cinayətlər törədən, hüquqlarını kobudcasına pozan bir ölkə oldğunu yaxşı bilir. Dünyanın ən müxtəlif bölgələrində Avropadan, Afrikaya, Afrikadan Uzaq Asiyayadək Fransanın törətmiş olduğu dəhşətli qanlı cinayətlər davam edir. Məhz bu səbəbdəndir ki, Fransa son illərdə dünyanın sevilməyən ölkələri sırasında yer almaqdadır. Bu bir gerçəklikdir ki, son illərdə Fransa müstəmləkəçilik siyasətini davam etdirdiyi Afrika ölkələrindən zorla çıxarılmaqdadır”, - o qeyd edib.

Deputat əlavə edib ki, Fransanın Ermənistana və ermənilərə “sevgisi”nin arxasında, əslində, Cənubi Qafqazda nekolonist siyasətini davam etdirmək niyyəti dayanır: “Fransa ermənilərdən bir alət kimi istifadə edib bu məqsədini reallaşdırmaq üçün bölgədə sülhün əldə edilməsini yox, gərginliyi davam etməsini istəyir. Ona görə də bu cür təxribatçı hərəkətləri ilə vəziyyəti gərginləşdirmək xəttini seçib. İstər Fransa prezidentinin, istər digər rəsmilərinin son günlərdə müxtəlif mediada verdiyi açıqlamalar, eləcə də təxribatçı “humanitar yük” kampaniyasi dediklərinmizin bariz nümunəsidir. Fransanın bütün bu hərəkətləri məkrli planlara xidmət edir. Amma onların bu mərkli və möhtəkir siyasəti Azərbaycan tərəfindən növbəti dəfə ifşa edilib iflasa uğradılacaq.

Qarabağdakı cinayətkar xunta rejiminin hay-küyü bir daha sübut etdi ki, bütün bunlar süni şəkildə yaradılan siyasi manipulyasiyadır. Artıq Bakı ermənilərin bütün bu möhtəkir siyasətini bir neçə saatda ifşa edib beynəlxalq aləmə nümayiş etdirdi.

Qarabağdakı erməni icması doğrudan da “humanitar böhran”la üz-üzədirsə, o zaman sual yaranır, niyə Bakıdan göndərilən zəruri ərzağı qəbul etmədi? Niyə buna qarşı sərt formada çıxdı? Axı acından ölən və dünyadan yardım diləyən bir xalq ona göndərilən yardımı qəbul etməzmi?. Bəs, o zaman niyə Ermənistandan və Fransadan göndərilən yükləri qəbul etmək istəyir və bu məsələdə inad edirlər?! Fərqi nədir ki... Ərzaq ərzaqdır. Ermənistan, Fransa olmasın, ərazisində yaşadığı Azərbaycan və ya digər ölkə olsun. Qəbul etmirsə, demək burada başqa qaranlıq məqamlar var. Bütün bunlar, əslində, bölgədə sülh prosesini pozmaq üçün Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına və Ağdam-Xankəndi yolunun açılmasına imkan vermək istiqamətində atılan məqsədyönlü addımlardır.

Digər məqam Bakı Xankəndiyə dialoq üçün Bakı və Azərbaycanın digər şəhərlərində görüş keçirməyi təklif etdi. Amma bu təklif qəbul edilmədi. Səbəb bəllidir. Yenə də bacardıqca sülh prosesini pozub gərginliiyn davam etməsinə nail olmaq.

Onu da qeyd edim ki, ermənilərin Azərbaycanın şərtlərinin təklif etməsinə daha çox onların Fransa kimi havadarları mane olur. Hətta bu məqsədlə onlara təzyiq də edirlər. Biz bu gün Fransanın timsalında buna şahidlik edirik.

Sonda bu oyundan məğlub çıxan ermənilər və onların havadarları olacaq. Artıq Azərbaycan, rəsmi Bakı bu məsələlərlə bağlı qəti siyasi iradə, konkret və qətiyyətli mövqeyi ortaya quymuşdur. Cənab Prezident möhtərəm cənab İlham Əliyev Fransa prezidenti ilə telefon danışığında Azərbaycanın qətiyyətli və dəyişməz mövqeyini bildirmiş və erməni tərəfinin bu hərəkətlərini sülhə əngəllər yaradılması istiqamətində siyasi möhtəkirlik adlandırıb. O, bunu revanşist ermənilərin və havadarlarının məqsədyönlü şəkildə bu vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev onu da bəyan edib ki, Laçın-Xankəndi yolundan ancaq və ancaq Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə istifadə edilə bilər. Bu isə o deməkdir ki, Fransa olmur kim olur olsun, Azərbaycan üçün fərq etməz. Qarabağ məsələsi Azərbaycan üçün qapanıb və burada yaşayan erməni icması məsələsi və digər məsələlər artıq ölkədaxili məsələdir. Kimsəyə də Azərbaycanın daxili məsələlərinə müdaxilə edilməsinə imkan verilməyəcək. Cənab Prezident 26 avqustda Laçında bu məsələlərə aydınlıq gətirərək bəyan etdi ki, Azərbaycan qan tökərək ərazi bütövlüyünü təmin edib və sərhədlərini qoruyur. Bu gün Azərbaycan milli maraqlaırnı kimsəyə güzəştə getmək niyyəti yoxdur və getməyəcək də! Azərbaycan öz sərhədlərini və torpaqlarını qorumaq qüdrətinə malikdir.

Fransanın “humanitar yük” məsələsinə gəldikdə isə deyə bilərəm ki, onlar ya Azərbaycanın dediyi şərtlər daxilində, yəni yüklər ancaq Ağdam-Xankəndi yolu ilə Qarabağa daxil ola bilər. Vəssalam. Başqa variant yoxdur. Əgər istəmirlərsə, o zaman Azərbaycan-Ermənistan sərhədində Laçın SBM yaxınlığında Ermənistanın yükləri kimi yatıb qalacaq. Sözsüz ki, kim olursa olsun, eləcə də Zəngəzurə təşrif buyuran Paris meri və onunla gələnlər də Azərbaycanın beynəlxalq hüquqa dayanan dəyişməz və qətiyyətli mövqeyini görüb kor-peşman geri dönəcəklər. Hesab editəm ki, bununla da bütün təxribat cəhdləri puç olacaqdır. Reallıq odur ki, bütün bunların acı aqibətini də yaşayan ermənilər olacaq. Xankəndidə yaşayan erməni əhalisinin, eləcə də erməni xalqının yeganə qurtuluşu rəsmi Bakıdadır”.