Ana səhifə   |    Haqqımızda   |    Reklam

İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - Foto

Siyasət
31 May 2023
07:15
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - Foto

“Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm”.

Bunu Bakıda rəsmi səfərdə olan İsrail Prezidenti İshaq Hersoq öz tviter hesabında Azərbaycan dilində etdiyi paylaşımda qeyd edib.

“İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”, - deyə Hersoq qeyd edib.
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - Foto