Siyasət

Mirzoyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”

Mirzoyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”


“Bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır”.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə deyib.

O əlavə edib ki, həm Ermənistan tərəfi, həm də digərləri delimitasiya prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidir.

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir”, - deyə nazir vurğulayıb.
A.Mirzoyan bildirib ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidir. O, həmçinin eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd edib.

“Ermənistan liderləri noyabrın 10-da və ondan sonrakı bütün üçtərəfli bəyanatlara sadiq qalır. Biz konstruktiv işə köklənmişik”, - deyə Mirzoyan bildirib.