Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Sülh sazişinə nail olmaq üçün Ermənistan xoş niyyətlə danışıqlar aparmalıdır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın tvitinə cavab olaraq yazıb.
"Regionumuzda ərazi bütövlüyü və suverenliyinə hörmət hökm sürməlidir və istənilən eskalasiya beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Beynəlxalq ictimaiyyət bu narrativi dəstəkləyir" , - A.Hacızadə yazıb.
Qeyd edək ki, ötən gün Paşinyan öz tvitter səhifəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olacağını və bunun ən yüksək səviyyədə qəbul edilmiş birgə rəsmi bəyanatlara əsaslanacağını yazıb.
"Yeni eskalasiya olmayacaq! Beynəlxalq ictimaiyyət bu narrativi qəti şəkildə dəstəkləməlidir", - N.Paşinyan deyib.