"CBC Sport" SOCAR-ın pullarını belə silirmiş - İDDİA
7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Samir Feyruzov məlumat verib: "Azərbaycanda CBC Sport adlı telekanalın nəyə lazım olduğu heç kəsə aydın deyil. Milyonlarla büdcəsi olan bu kanalın reytinqi bərbad durumdadır. SOCAR-dakı kadr dəyişiklikərindən öncə bu kanala böyük pullar ayrılırdı və onun böyük bir hissəsi silinirdi. SOCAR Türkiyənin icraçı direktoru olmuş Zaur Qəhrəmanovun və onun CBC Sporta departament rəhbəri olan dayısının qanunsuz əməlləri barədə şok məlumatlarımız olacaq. Hesablama Palatası həm BMTM, həm də CBC sportda dərhal yoxlamalara başlamalı, bu şəxslərin yediyi milyonların taleyini araşdırmalıdır."