Siyasət

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti Səhiyyə Nazirliyinə verildi

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti Səhiyyə Nazirliyinə verildi


Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti ləğv edilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib.

Dövlət başçısının digər fərmanı ilə bu səlahiyyət Səhiyyə Nazirliyinə verilib.