Siyasət

Makrondan Rusiya AÇIQLAMASI: "Bunu istəmirik"

Makrondan Rusiya AÇIQLAMASI: "Bunu istəmirik"


Fransa prezidenti Emmanuel Makron Qərbin müharibənin uzanan fazaya keçdiyini anlayaraq Ukraynaya hərbi yardımı artırmağa hazır olduğunu bəyan edib.

Axın.az Musavat.com-a istinadən xəbər verir ki, o, bununla bağlı Münxen Təhlükəsizlik Konfransında olarkən yerli mətbuata müsahibə verib.

Makronun sözlərinə görə, Qərb Rusiyanın dağılmasını yox, Ukraynanın qələbəsini istəyir. Lakin bununla bərabər Fransa prezidenti Moskva ilə dialoq vaxtının gəlib çatmadığını bildirib. Makronun fikrincə, Ukraynanın Qərb müttəfiqləri tərəfindən dəstəklənən hərbi uğurları Kremli danışıqlar masası arxasına keçirə bilər.

Rusiyada hakimiyyət dəyişikliyi perspektivlərindən danışan Emmanuel Makron bunun yaxın gələcəkdə mümkün olduğuna şübhə etdiyini bildirib. Onun fikrincə, rejimin kənardan dəyişdirilməsi cəhdləri artıq bir çox ölkədə iflasa uğrayıb və Rusiya prezidenti Vladimir Putinin mümkün xələfləri kimi görünə bilən namizədlər ondan daha pisdir.