Siyasət

Paşinyan Türkiyəyə başsağlığı verdi.

Paşinyan Türkiyəyə başsağlığı verdi.


Ermənistan baş naziri Nikol Paşinyan baş verən zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.

Paşinyan bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərinə kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan kömək etməyə hazırdır”, - deyə o, paylaşımda qeyd edib.