Siyasət

“Kraken” Rusiyaya da çatdı

“Kraken” Rusiyaya da çatdı


Rusiyada koronavirusun “Omikron” ştammının “XBB.1.5” və ya “Kraken” subvariantı aşkar edilib.

“Rospotrebnadzor” bildirib ki, yoluxma hadisəsi Penza vilayətində qeydə alınıb.

Qurumdan əlavə ediblər ki, indi Rusiyada “Omikron”un çox növü mövcuddur, “BA.5” üstünlük təşkil edir. “Delta” ştammı 2021-ci ilin ikinci yarısında üstünlük təşkil edib, digər ştammlar son aylarda qeydə alınmayıb.

Xatırladaq ki, çox sürətlə yayılma qabiliyyətinə malik olan “Kraken” Gürcüstanda da aşkarlanıb.

Mənbə: TASS


Axın.az