Vasif Talıbov Naxçıvana qayıdıb - QURTULDUMU?
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra öz məmləkətinə qayıdıb.
Gundem.media-ın ovqat.com-a istinadən məlumatına görə, "xan" həzrətlərinin bu dəfəki Bakı səfəri istədiyi effekti verməyib.
O, bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib.
Görünür, "xan"a siyasi iradənin onun barəsində verəcəyi qərarı Naxçıvanda gözləməsi tövsiyə olunub.
O da istisna edilmir ki, Vasif Talıbov Naxçıvanda baş verən siyasi və korrupsiya faktları barədə hesabat vermək üçün Bakıya çağırılmışdı.
Onun geri qayıdarkən pəymürdə halı gözdən yayınmayıb.
"Xan"ın Naxçıvanda ilk qarşılaşdığı sürpriz müşayiətçi polis dəstəsinin onun pişvazına çıxamaması olub. Qeyd edək ki, müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.