Siyasət

Baydenlə Sunak arasında ilk telefon danışığı baş tutub

Baydenlə Sunak arasında ilk telefon danışığı baş tutub
э

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakla ABŞ prezidenti Co Bayden arasında ilk telefon danışığı baş tutub.

Bu barədə Britaniya Baş nazirinin aparatının yaydığı məlumatda qeyd olunur.

Tərəflər iki ölkə arasında əməkdaşlıq, Ukraynaya yardım məsələsi və Çinin dünyadakı təsiri barədə müzakirə aparıblar.

“Liderlər İndoneziyada keçiriləcək G20 sammitində təkbətək görüşü səbirsizliklə gözləyirlər”, - Britaniya Baş nazirliyi aparatının yaydığı bəyanatda deyilir.

Əlavə edək ki, “Böyük İyirmilik” ölkələrinin (G20) sammiti noyabrın 15-dən 16-dək Balidə (İndoneziya) keçiriləcək.

Mənbə: Eadaily