Siyasət

Elnur Osmanov qalmaqalı“AtaBank“ rəhbərliynin probleminə çevrilir

[img=left]https://milliyol.az/resizer.php?src=http://milliyol.az/photos/2021/11/25782-1637309877.jpg&w=750&h=400&sc=1&q=100[/img]

Bankın İdarə heyyətinin sədri Etibar Babaşlı Elnur Osmanova görə hansı problemlə üzləşib?

"AtaBank"ın İdarə Heyətinin sədri Etibar Babaşlı ilə Müşahidə Şurasının sədri Əşrəf Kamilov arasında ciddi şəkildə narazılıq yaranıb. Bu barədə bankdan AzFakt.com saytına verilən məlumatda bildirilir.

Ötən həftə 11 fevral tarixinda "AtaBank" ASC İdarə heyyətinin üzvülüyündən istefa veran Elnur Osmanov barəsində məlumat vermişdik. Bankın mətbuata açıqlamasında qeyd edilirdi ki, Elnur Osmanov könüllü olaraq öz ərzisəi ilə idarə heyyəti üzvülüyündən gedib. Ancaq AzFakt.com-a bankdakı mənbənin göndərdiyi məlumatda tamam əksi bildirilirdi. Mənbəmizinin iddiasına görə Elnur Osmanov "AtaBank" ASC İdarə heyyətinin üzvülüyündən könüllü yox, məcburi qaydada istefaya göndərilib. Bunun səbəbi isə idarə heyyətinin üzvünün məhkəməyə saxta arayış təqdim etməsi olub. Həmin məlumatla bağlı "AtaBank" ASC-nin möveyinidə örgəndik və bankdan bildirdilər ki, "Elnur Osmanov könüllü olaraq öz ərizəsi ilə işdən çıxıb".

AzFakt.com-a "AtaBank" və Elnur Osmanov problemi ilə bağlı mənbəmiz daha bi neçə ilginc məlumat verib. Həmin məlumatda bildirilir ki, hazırda "Ata Bank" ASC İdarə Heyətində vəziyyət o qədərdə ürəkaçan deyil və Elnur Osmanov problemi İdarə Heyətinin sədri Etibar Babaşlınıda çətin vəziyyətə salıb. Mənbəmiz iddia edir ki, Elnur Osmanov probleminə görə "AtaBank"ın İdarə Heyətinin sədri Etibar Babaşlı ilə Müşahidə Şurasının sədri Əşrəf Kamilov arasında ciddi şəkildə narazılıq yaranıb. Çünki "AtaBank"ASC-də bir çoxları yaxşı bilir ki, Elnur Osmanovla İdarə Heyətinin sədri Etibar Babaşlı arasında yaxın münasibət var. Bankda həyata keçirilən bir çox maliyyə işlərinidə sədr həmişə Elnur Osmanovla edib. Buna misal olaraq bankın reklam işlərini və keçirilən uduşların Elnur Osmanov həvalə edilməsi, həmçinin Sahibkarlığa Kömək Milli Fondundan Elnur Osmanova bir neçə milyon manat aşağı faizli kreditin verilməsini qeyd etmək olar.


Mənbəmiz Elnur Osmanovun "AtaBank"ASC-də keçirilən uduş kompaniyasında saxtakarlıq etdiyini və uduşların qalibinin əvvəlcədən bəlli olduğunu, Elnur Osmanovun yaxın adamlarına verildiyini iddia etdi. Digər məlumatda isə bildirilir ki, Elnur Osmanov bank sektorunda uzaqlaşmaq fikrində deyil və bir neçə bank rəhbərliyi ilə danışıqlar aparır. Bu danışıqlarda isə ona kömək edənlərdən birinin məhz "AtaBank" ASC İdarə Heyyətinin sədri Etibar Babaşlının olduğu deyilir.

Elnur Osmanovun bankdakı uduş kompaniyasında etdiyi saxtakarlıqla bərabər həmçinin onun reklam şirkəti yaratdığını və bankın reklam flaşbomlarını onun çap mərkəzində istehsal olunduğunu və bu əməliyyatdan hər il külli miqdarda qazanc götürdüyünü qeyd etdi. Reklam işində isə Elnur Osmanovun ortağının İdarə heyyətinin sədri Etibar Babaşlı olduğu iddia olunur. Yəni ikili faktiki olaraq "AtaBank" ASC-nin reklama ayırdığı vəsaitlərin böyük hissəsini mənimsəyiblər.

Bildirək ki,"AtaBank" ASC-də Elnur Osmanovun bir çox qaranlıq məsələləri ilə bağlı ilginc məlumatlar almışıq. Həmin məlumatları araşdırıdıqdan sonra oxucularımıza təqdim edəıəcəyik. Keçmiş idarə heyyəti üzvünün Göyçayda yüz hektarlara əkin sahələri alması, heyvandarlıq təsərürfatı yaratması, obyektlər alması, şirkət açması, Türkiyədə biznes qurması və "AtaBank" ASC-də maliyyə maxinasiylarını necə, kimlərlə həyata keçirtməsi, Etibar Babaşlının Elnur Osmanovu necə qorumaq istəməsi və sair məsələlərlə bağlı yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.