Ağ Ev Baydenin Ukraynaya səfər etmək istədiyini bildirib
ABŞ prezidenti Co Bayden Ukraynaya səfər etmək istərdi, lakin hazırda belə bir səfər planlaşdırılmır.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
"Hazırda heç bir səfər planlaşdırılmır. Amma o yenə də Ukraynaya getmək istəyirdi", - deyə C.Psaki qeyd edib.
С.Psaki sual verilib ki, ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfəri Amerika liderinin də bu ölkəyə səfər edə biləcəyi anlamına gəlirmi? "Onların səfərləri bir qədər fərqlidir" - deyə Ağ Evin mətbuat katibi cavab verib.