"Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" - Dövlət başçısı
Biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır.
Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı söyləyib.
“Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və əgər erməni faşizmi bir daha baş qaldırarsa, biz onu hər an əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”, - deyə dövlətimizin başçısı bildirib.