"Putin-Bayden görüşündə bu müzakirə olunacaq" - Lavrov
"ABŞ Prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putinin mümkün görüşündə Ukrayna mövzusu da müzakirə ediləcək".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prezidentlərin görüşünün keçiriləcəyi tarix, digər parametrlər, o cümlədən Ukrayna mövzusu hazırda müzakirə edilir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov iki ölkə prezidentlərinin görüşünə hazırlıq getdiyini bildirib.