Ərzaq bazarının KİM(LƏR) QARIŞDIRIR? - AKTUAL
“Azərbaycan da inflyasiyaya təsir eləyən əsasən xarici amillərdir. Yəni xaricdən idxal etdiyimiz, idxalından asılı olduğumuz məhsulların qiymətləri bahalaşarsa, bu da dərhal bizə təsir edir və inflyasiya artır. Bu il üçün belə bir hal gözlənilmir”
Bu barədə Bizimyol.info xəbər portalına iqtiadçı Pərviz Heydərov danışıb. İqtisadçı qeyd edib ki, gələcəkdə qida rasionumuzda mühim yer tutan ərzaq məhsulları, xüsusən də, birinci dərəcəli məhsullar üzrə idxaldan asılılığı minimuma endirməliyik.
İqtisadçının fikrincə, bu da qısa müddətdə həll olunacaq bir problem deyil.
“Təəsüflər olsun ki, neçə illərdir bu sahədə dövlət müvafiq dəstək həyata keçirir. Subsidiyalar verilir, bununla yanaşı başqa vergilərdə güzəştlər olur, əlavə dəyər vergisi ləğv olunur və s.”-deyən iqtisadçı hesab edir ki, tətbiq edilən güzəştlər hələ də bizim ərzaqdan asılılığımıza ciddi təsir etmir.
Pərviz Heydərov əlavə edib ki, bunun da səbəbi var. Əsas səbəb odur ki, bu sahədə idxalçı dairələr, yəni idxalla məşğul olan, idxala məsul olan müəyyən bir qrup iş adamı və yaxud şirkətlər, bazarda yüksək mövqeyə sahib olanlar ölkəmizin ərzaq məhsulları üzrə kənardan asılılığının minimum səviyyəyə endirilməsində maraqlı deyillər.