İqtisadiyyat

“The Roof”da “mədəni soyğun”: Vətəndaşlar nədən narazıdır?

“The Roof”da “mədəni soyğun”: Vətəndaşlar nədən narazıdır?

Bakının “Gənclik” metrosunun yaxınlığında, Fətəli Xan Xoyski 8 ünvanında yerləşən “The Roof” restoranı ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Nərmin Həsənova tərəfindən cumhuriyyet.az-a daxil olan məktubda deyilir:

“Hömətli redaksiya!

Şikayətim “Gənclik” metrosunun yaxınlığında yerləşən “The Roof” restoranındandır. Restoran görünüş baxımından müasir görünsə də, öz qiymətləri ilə “əl yandırır”. Burada hər şeyin qiyməti digər kafe və restoranlardan əhəmiyyətli dərəcədə bahadır. Qiymətlər o dərəcədə bahadır ki, burada çay içmək üçün alınan pulla digər restoranlarda yemək yemək mümkündür. Lakin bu, yeganə şikaytət doğuran məqam deyil. Restoranla bağlı narazılıq doğuran əsas məqam menyüdə göstərilən qiymətlərlə real qiymət arasında ciddi təzadın olmasıdır. Məsələn, hər hansı bir yemək menyüdə 10 manatdırsa, hesabı ödəyəndə məlum olur ki, sizdən 13-15 manat pul alıblar. Niyə belə olduğunu soruşanda isə fərqli cavablar verirlər. Gah deyirlər ki, qiymət yeni qalxıb, menyü isə dəyişilməyib, gah da deyirlər ki, xidmət haqqı da bura daxil edilib. Bir sözlə, vətəndaşın aldadılmasına müxtəlif cür haqq qazandırmağa çalışırlar.

Xahiş edirəm ki, əlaqədar qurumlar “The Roof”dakı qiymət artımı və vətəndaşların aldadılması fakltı ilə bağlı araşdırma aparsınlar. Bu özbaşınalıqların aradan qaldırılması istiqamətində addımlar atsınlar. Xalqın pulu ilə milyon qazanaraq xalqı aldadanlar başa düşsünlər ki, heç bir fırıldaq cəzasız qalmır”.