İqtisadiyyat

Yaponiya Nazirlər Kabinetinin keçmiş baş katibi qalmaqalla bağlı dindirilib

Yaponiya Nazirlər Kabinetinin keçmiş baş katibi qalmaqalla bağlı dindirilib

Tokio Rayon Prokurorluğunun Xüsusi İstintaq Bölməsi keçmiş Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonu siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqalla bağlı dindirib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Onunla yanaşı, hakim Liberal Demokrat Partiyasının (LDP) parlamenti ilə qarşılıqlı əlaqə üzrə partiya komitəsinin keçmiş rəhbəri Tsuyosi Takaqi və parlamentin yuxarı palatasındakı LDP fraksiyasının rəhbəri Hirosiqe Seko da dindirilib.

Dindirmələrin könüllülük əsasında aparıldığı qeyd edilib.