İqtisadiyyat

Azərbaycanda qum yatağı 831 min manata özəlləşdirildi

Azərbaycanda qum yatağı 831 min manata özəlləşdirildi

Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağının istifadəyə verilməsi üzrə keçirilən hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42 min 560 manat) 20 dəfəyədək çox olub.

Yenixeber.org Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, qalib investor tərəfindən 831 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hərracın nəticəsi ilə bu keçid (https://bit.ly/4agWYjq) vasitəsilə tanış olmaq mümkündür.