İqtisadiyyat

QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi

QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi


“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” təsdiqlənib.

Sənəd Nazirlər Kabinetinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının (QHT) qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiq edilib.

Qərara əsasən, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi” də təsdiq edilib.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.

Həmçinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.

Qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:

1. “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat;

2. “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat;

3. “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;

4. “Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.