ABŞ-dan İranın dron istehsalını dayandırması üçün yeni CƏHDLƏR
ABŞ İranın dron istehsalını əngəlləmək üçün yeni yollar axtarır.
Axın.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ABŞ sanksiyalar və ixrac nəzarəti vasitəsilə İranın pilotsuz uçuş aparatlarının (PUA) istehsalına təsir etmək yollarını axtarır.
“İranın dronlarda istifadə olunan texnologiyaya çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti ilə bağlı atacağımız əlavə addımları qiymətləndiririk”-, Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adrian Vatson bildirib.
“19fortyfive” xəbər saytı bildirir ki, ABŞ İsrailin cənubunda “F-15 Eagle” tipli 6 qırıcı təyyarəsini yerləşdirib. Beləliklə, ABŞ tərəfi İsrailin Hava Qüvvələri ilə müştərək təlimlər keçirəcək. Təlimlərdə məqsəd Aralıq Dənizin şərqi və geniş Orta Şərq regionunda təhlükəsizliyi təmin etməkdir. Xəbərdə həmçinin qeyd olunur ki, İsrail İranın nüvə silahı əldə etməyinə mane olmaq üçün ABŞ tərəfinə hərbi planlar qurmaqda təkid edir.
Axın.az