Ana səhifə   |    Haqqımızda   |    Reklam

Azərcell məharətlə geridə qaldığını gizlədir...

İqtisadiyyat
6 Eyl 2022
07:24
Azərcell məharətlə geridə qaldığını gizlədir...


"Azercell-in press relizi və 5G
Azercell öz şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı açıqlama yayıb.
Baxıram ki, xeyli işlər görüblər, yüzlərlə yeni baza stansiyaları qurublar və təkmilləşdiriblər.
Qarabağda yeni mobil infrastruktur qurublar."
TEREF.AZ yazır ki, bunu Azərbaycan İnternet Forumu (AİF) prezidenti Osman Gündüz deyir. Daha sonra Osman bəy qeyd edir ki, press-reliz hazırlanan zaman çox böyük məharətlə Azercell-ə bağlı məqamları gizlədilib.
"Amma maraqlıdır ki, hansı texnologiya üzərindən xidmət göstəriləcəyi ilə bağlı bu açıqlamada hansısa bir qeyd yoxdur.
Yəni, bilinmir ki, bu infrastruktur 2G, 3G, 4G yoxsa 5G üzərindən xidmət göstərəcək.
Kim bu press-relizi hazırlayıbsa, məharətlə bunu gizlədə bilib
Yəqin, qonşu ölkələrin mobil operatorların açıqlamalarına baxıblar.
Çünki, qonşu ölkələrdə və dünyada mobil operatorların bu tip press relizlərində 5G gəlişmələri üstünlük təşkil edir.
Onlarda 5G tezliyi uğrunda amansız mübarizə gedir, auksionlar təşkil olunur, məhz bu texnologiya üzərində infrastruktur qurulur.
Bizdə isə, görünür ki, 5G ilə bağlı heç bir operatorda deyiləcək , təqdim ediləcək bir iş olmadığından, görünür ki, açıqlamalarda ümumiyyətlə texnologiya məsələsinə toxunmurlar.
Yaxşı olardı ki, bizim mobil operatorlar da RİNN-dən 5G tezliyi tələb etsinlər, bunun açıqlamasını etsinlər.
Nazirlik də gərək çoxdan 5G ilə bağlı açıqlamalar verəydi.
Dövlət Radiotezliklər İdarəsi çoxdan yeni radiotezlik siyasəti ilə, xüsusən də 5G ilə bağlı belə bir konseptual baxışların hazır olduğunu açıqlayıb.
Amma təəssüf ki, hələ də bizim Nazirliyin 5G ilə bağlı təsdiqlənmiş bir konseptual sənədi ortada yoxdur.
Güman etmək olar ki, bu tip məqamlar rəqəmsal transformasiya haqqında konsepsiyada nəzərdə tutulub.
Amma az qala 2 il olur ki, Nazirlik digər konseptual sənədlərin taleyi kimi , bu konsepsiyanın da çoxdan hazırlandığını bildirsə də indiyədək təsdiqlədə bilməyib.
Qısası, ləngiyirik."
Teref.az olaraq Osman Gündüzün qaldırdığı problemlərlə bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik!
Teref.az