İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb


Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Axın.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,07 ABŞ dolları, yaxud 4,1% azalaraq 95,60 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.