Koreya Azərbaycanda kəhrizlərin bərpasına 1.2 milyon dollar ayırıb
Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1.2 milyon dollar vəsait ayırıb.
Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.
O bildirib ki, bu layihə tamamlandıqdan sonra 8 min məcburi köçkün öz yurd-yuvalarında təmiz su ilə təmin olunacaq