İdman

Premyer Liqa: “Sabah” səfərdə “Sumqayıt”ı darmadağın edib

Premyer Liqa: “Sabah” səfərdə “Sumqayıt”ı darmadağın edib


Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Bağlanış oyununda “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.
Bu qələbədən sonra xallarını 80-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. 28 xalı olan “Sumqayıt” isə 8-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.