“Qalatasaray”ın ulduzu həyat yoldaşı ilə birlikdə yardım kampaniyasına dəstək verdi.
Türkiyədə baş vermiş zəlzələdən sonra İstanbul şəhərində təbii fəlakət bölgəsinə yardım üçün bir çox kampaniyalar başladılıb. Xüsusən futbol klubları bu işdə ön planda yer alıblar.
“Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” kimi İstanbul nəhənglərinin futbolçuları da bu işdə aktiv rol oynayırlar.
Son olaraq “Qalatasaray”ın NEF stadionunda təşkil olunan yardım kampaniyasında belçikalı Dries Mertens də iştirak edib. Futbolçu və həyat yoldaşı yardımların toplandığı ərazidə canfəşanlıqla çalışıb, dəstəklərini veriblər.