İdman

“Çelsi” “Monako”nun müdafiəçisini alır

“Çelsi” “Monako”nun müdafiəçisini alır


“Çelsi” Benua Badiaşilenin keçidi ilə bağlı işləri yekunlaşdırır.

Məlumata görə, London klubu 21 yaşlı müdafiəçinin transfer şərtlərini “Monako” ilə razılaşdırıb.

Bildirilir ki, transferin məbləği 37-38 milyon avro təşkil edəcək.

Qeyd edək ki, futbolçu üçün tibbi müayinə vaxtı artıq təyin olunub. Hər şey plana uyğun getsə, o, London klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.

Mənbə: sports.ru