İdman

De Byazi: “AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm” - YENİLƏNİB

De Byazi: “AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm” - YENİLƏNİB


“AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm”.

Axın.Az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis son vaxtlar haqqında yazılanları fərziyyə adlandırıb:

“Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95%-i yalandır”.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011-2017-ci illərdə Albaniya seçməsinin sükanı arxasında olub.

12:19

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti sabah başa çatır.

İtaliyalı mütəxəssisin yığmadakı taleyi isə qeyri-müəyyəndir. Bəs federasiya de Byazinin millidəki fəaliyyəti ilə bağlı qərarı nə vaxt verəcək?

Bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla “FutbolPress”ə açıqlamasında qərarın qurtumun İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib:

“De Byazinin millidəki gələcəyi ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ müəyyənləşməyib. Bununla bağlı yenilik olanda rəsmi məlumat veriləcək”.