Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salındı

İdman
14 Eyl 2022
11:15
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salındı


20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, buna Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olması səbəb olub.

Yarışın nə vaxt və harada təşkil olunacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan birinciliyi 15-16 sentyabrda baş tutmalı idi.