DSX-nin əsgəri VƏFAT ETDİ
Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.
Bu barədə Yenixeber.org-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.