Hadisə

Nabranda istirahət mərkəzində yanğın olub

Nabranda istirahət mərkəzində yanğın olub




Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Bu barədə Qanunpress.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.