Hadisə

Bu ölkədə məktəbə hücum oldu: 41 ÖLÜ

Bu ölkədə məktəbə hücum oldu: 41 ÖLÜ

Uqandanın qərbində silahlıların orta məktəbə hücumu nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib.

Uqanda Silahlı Qüvvələrinin nümayəndəsi Feliks Kulayiqe orduya məxsus birliklərin ekstremistlərin təqibini davam etdirdiyini deyib.

“Qüvvələrimiz girov götürülən insanları azad etmək üçün düşməni təqib edir”, - Kulayiqe Tvitter hesabında bildirib.

Hüquq-mühafizə orqanları hücumun İŞİD qruplaşması ilə əlaqəli olan “Demokratik qüvvələr alyansı” tərəfindən törədildiyini ehtimal edir.