Hadisə

Erməni silahlı dəstələrinin fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb - MN

Erməni silahlı dəstələrinin fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb - MN Atributinfo.az xəbər verir ki, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.